ABŞ-da 105 yaşlı qadın dünya rekordu qırdı

MARAQLI
11:17 14.11.2021
492
"Qasırğa" ləqəbli amerikalı Culiya Hawkins öz yaş qrupunda 100 metr məsafəyə qaçışda yeni dünya rekordu vurub.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, 105 yaşında qadın məsafəni 1 dəqiqə 2,95 saniyəyə qət edib. Yarışlar Luiziana ştatında keçirilib.

"Yaşlandıqca daha çox hobbiniz olmalıdır. Aktiv qalmaq mənim əsas hobbilərimdən biridir", - deyə Hawkins bildirib.

O, qaçış yarışlarına 100 yaşı tamam olandan sonra başlayıb. Bundan əvvəl o, velosiped sürməklə məşğul olub. 2017-ci ildə o, 100-104 yaş qrupunda 100 metr məsafəni 40,12 saniyəyə qaçaraq dünya rekorduna imza atıb. 2019-cu ildə o, 100 metr məsafəni 46,07 saniyəyə qət edib.

OXŞAR XƏBƏRLƏR