Son iki gün ərzində ABŞ-ın cənub-şərqindəki ştatları cənginə almış çovğun 13 nəfərin ölümünə səbəb olub.
Trend-i İTAR-TASS-a istinadən verdiyi məlumata görə, qarlı-şaxtalı hava şəraiti səbəbindən 3700 aviareys ləğv olunub.
Sinoptiklərin proqnozlarına görə, Nyu-Yorka 40 santimetr qar düşməlidir.
Məktəblərdə dərslər ləğv edilib və bəzi qurumlar işini dayandırıb.