ABŞ-ın Kaliforniya ştatında Ekran Aktyorları Gildiyasının (SAG-AFTRA) təşəbbüsü ilə 5000-dən çox aktyor tətil elan edib.
Bu barədə "SAG-AFTRA” həmkarlar federasiyasının rəsmi internet səhifəsində məlumat verilib.
Qeyd olunub ki, Ekran Aktyorları Gildiyası 160 minə yaxın aktyorun maraqlarını təmsil edir və ötən ayın ortalarından başlayan tətilə qoşulanların sayı getdikcə artır, faktiki olaraq ABŞ kino sənayesində istehsal demək olar dayanıb.
Tətil edən aktyorlar daha yüksək maaş və əlavə iş saatları üçün təzminat tələb edir. Onlar həmçinin, film istehsalında süni intellektdən istifadənin məhdudlaşdırılmasını tələb edirlər.