ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb

ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb
DÜNYA
10:53 22.09.2024
192
ABŞ-ın Alabama ştatının Birminhem şəhərində baş verən atışma nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report” xəbər verir ki, bu barədə "AL” portalı məlumat yayıb.

Birminhemin polis zabiti Truman Fitsgerald bildirib ki, hadisə yerində onlarla yaralı aşkarlanıb.

Onun sözlərinə görə, üç nəfər atışmanın baş verdiyi yerdə, bir nəfər xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR