ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb
DÜNYA
11:44 06.11.2022
211

Amerikanın Filadelfiya şəhərində (Pensilvaniya) bar yaxınlığında atışma nəticəsində 9 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "CBS News” məlumat yayıb.

Zərərçəkənlərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis Filadelfiyanın Kensinqton rayonundakı barın qarşısında 9 nəfərin güllələndiyini bildirib.

Məlumata görə, polis bir neçə hücumçunun olduğunu güman edir. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, azı 40 atəş açılıb.

OXŞAR XƏBƏRLƏR