ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) "Miluoki Baks" və "Boston Seltiks" komandaları arasında keçirilmiş pley-off oyunundan sonra baş verən iki silahlı hücum zamanı onlarla insan xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Miluoki Yanğınsöndürmə İdarəsinin verdiyi açıqlamaya görə, NBA-nın pley-off matçlarının keçirildiyi Miluoki şəhərində əyləncə məkanı qarşısında baş verən mübahisə silahlı insidentə çevrilib.
İlk hücumda 3 nəfərin yaralandığını açıqlayan səlahiyyətlilər, ikinci hücumdan sonra yaralı sayının 20-yə yüksəldiyini xəbər veriblər.
Hadisə ilə bağlı 29 yaşlı gənc saxlanılıb.
Daha əvvəl hadisə zamanı 1 nəfərin öldüyü bildirilmişdi.