ABŞ-da azərbaycanlı güllələndi

ABŞ-da azərbaycanlı güllələndi
DÜNYA
10:21 15.01.2019
4062
ABŞ-da azərbaycanlı oğlan öldürülüb.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində yaşayan 29 yaşlı azərbaycanlı qətlə yetirilib.

Telefon təmiri mağazasında işləyən Elçin Xəlilov həmin məkanda güllələnib. Polislər hadisə yerinə gələndə o, yaralı vəziyyətdə olub. E.Xəlilov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Cinayətlə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR