Yanlış evə hücum edən polis xüsusi qayğıya ehtiyacı olan 17 aylıq körpənin olduğu evə əl qumbarası atıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Ohayo ştatında silah ittihamı ilə yeniyetməni axtaran polis yanlış evə basqın edib.
Onlar ürək çatışmazlığı olan 17 aylıq xüsusi qayğıya ehtiyacı olan körpəni də yaralayıb.
Reyda Cenninqsin 25 yaşlı qardaşı qızı Kortni Prays və onun 17 aylıq oğlu Ueylon Mey basqın edilən evdə qalırmış.
Uşaq gələn aya planlaşdırılan açıq ürək əməliyyatını gözləyib. Qumbara və tapançalarla basqın edilən evdə balaca körpə yaralanıb.
Evdə yaşayan Prays yaşadıqlarını belə izah edib: "Oğlumla kömək üçün yalvararkən əllərimi qandallayıb yerə yıxdılar. Dayanmadan "balam" deyə qışqırırdım! "Uşağım var dedim evdə".
Hadisəylə bağlı polis araşdırma edir.
Mikayıl