ABŞ-da Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərildi

MARAQLI
13:08 16.08.2011
2085

AZXEBER-in APA-ya istinadən verdiyi məlumata görə,bu fakt, ABŞ-da yaşayan azərbaycanlıların narazılığına səbəb olub. Şirkət öz internet saytında Dağlıq Qarabağı 37447 indeksi altında göstərib. Şirkətin internet saytında (https://web05.magicjack.com/my/international/) bu istiqamətdə zəngin bir dəqiqəsinin qiyməti 0.33 dollar olduğu göstərilib.Azərbaycan diasporu “Magic Jack” şirkətinə məktub göndərərək bu böyük səhvin tez bir zamanda aradan qaldırılmasını tələb edib.“Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanın adının altında göstərilməsi bizi çox məyus etdi”. Bu fikirlər Azərbaycan diasporunun üzvü Nigar Qasımovanın şirkətə göndərdiyi məktubda öz əksini tapıb.“Dağlıq Qarabağ BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, BMT Baş Assambleyasının bir neçə qətnaməsi əsasında və Dövlət Departamenti tərəfindən Azərbaycanın de- yure ərazisi olaraq tanınıb və tanınır” deyə diaspor üzvləri bildiriblər.Onlar qeyd edirlər ki, “Magic Jack” dünyaya yanlış siqnal göndərir və mövcud müştəriləri çaşdırır: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq hətta “BMT”, “ATƏT”, “AŞPA” və “NATO” kimi beynəlxalq təşkilatlar tərəfindən tanınır”.Qeyd edək ki, şirkət hələlik bu məsələ ilə bağlı münasibət bildirməyib.

OXŞAR XƏBƏRLƏR