ABŞ-da daxili təyyarə reysləri təxirə salınıb.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sistemindəki nasazlıq ölkə daxilində təyyarələrin uçuşlarında gecikmələrə səbəb olub.
Qeyd olunub ki, pilotları təhlükələr və yenilənmiş məlumatlarla təmin edən hava limanı qurğularının və bildiriş sisteminin (NOTAM) fəaliyyətini bərpa etmək üçün FAA tərəfindən lazımi işlər görülür.
Hazırda ölkə daxilində bütün reyslər təxirə salınıb.