ABŞ-ın Filadelfiya şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 13 nəfər həlak olub.
AZXEBER.COM TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə üçmərtəbəli binada qeydə alınıb.
Yanğının miqyası böyük olub, onun lokallaşdırılması təxminən 50 dəqiqə çəkib.
Yanğının mənbəyi və səbəbi hələ müəyyən edilməyib.