ABŞ-da dondurmadan virus yayıldı: 1 nəfər öldü

ABŞ-da dondurmadan virus yayıldı: 1 nəfər öldü
DÜNYA
13:31 05.07.2022
504
ABŞ-da dondurmadan keçən virus can alıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da eyni dondurma markasından yeyən 23 nəfərdə "Listeria” virusu aşkar edilib, İllinoys ştatında 1 nəfər virus səbəbi ilə dünyasını dəyişib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, İllinoys ştatında bir nəfərin ölümünə və ən azı 23 nəfərin yoluxmasına səbəb olan listeria xəstəliyinə Florida ştatında dondurma markası səbəb olub.

CDC istehlakçılara 10 əyalətə yayılan və epidemiyaya səbəb olan "Big Olaf Creamery” marka dondurmalarını evlərindən atmalarını söyləyib və dondurma ilə təmasda olan mətbəx məhsullarının hərtərəfli təmizlənməsi lazım olduğunu bildirib. 

Listeria, adətən, çirklənmiş qidaların yeyilməsi nəticəsində yaranan bir infeksiyadır.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR