ABŞ-da dünyanın ən eybəcər iti seçilib. Kaliforniyada keçirilən qeyri-adi müsabiqədə birinci yeri 6 yaşlı mops Cinni Lu tutub.
AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, müsabiqə bu il artıq 50-ci dəfə keçirilib.
Ən qeyri-adi görünüşə malik itlərin iştirak etdiyi yarışda Cinni Lu-nun sahibi Mişel Qreyadi onu dörd il əvvəl mopsların xilas edilməsi ilə məşğul olan təşkilatdan götürüb.
Qələbə sahibinə 5 min dollar qazandırıb. Cinni Lu isə məhdud sayda istehsal olunacaq pivə qutularının üzərində yer alacaq.
İkinci yeri çihuahua ilə pomeran şpitsinin qarışığı olan Pinki, üçüncü yeri isə çihuahua Otto tutub.

















































