ABŞ-da fövqəladə vəziyyət elan olundu

DÜNYA
13:15 13.01.2013
2001

Nyu York ştatının qubernatoru qrip virusunun geniş yayılması səbəbindən fövqəladə epidemioloji vəziyyət elan edib.

AZXEBER.COM xəbər verir ki, ştatda 20 mindən çox insan qrip xəstəliyinə yoluxub. Bu keçən qış qeydə alınmış göstəricidən dörd dəfə çoxdur. Hökumət yaşlı insanlara və uşaqlara da peyvənd etməyə icazə verib.Bir neçə gün əvvəl Boston şəhərinin meri qripin epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan etmişdi. Şəhərdə xəstəliyə yoluxmuş insanların sayı keçən ilki göstəricidən 10 dəfə çox olub.

OXŞAR XƏBƏRLƏR