ABŞ-da görüşdülər

ABŞ-da görüşdülər
DÜNYA
11:40 27.09.2012
1521
Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Nyu-Yorkda Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eştonla danışıqlar aparıb. Hər iki siyasətçi bu günlərdə BMT-nin Baş Assambleyasının iclasında iştirak edirlər.Lavrovla Eşton dekabrda Bruseldə gözlənilən Rusiya-Avropa İttifaqı sammitə hazırlıq məsələlərini müzakirə ediblər. Lavrovun sözlərinə görə, sammitdə “Rusiya-Avropa İttifaqı münasibətlərinin strukturu”na xüsusi diqqət yetiriləcək. O cümlədən, Rusiya Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi məsələsini bir daha qaldıracaq.
OXŞAR XƏBƏRLƏR