ABŞ-da hava limanında iki sərnişin təyyarəsi toqquşub

ABŞ-da hava limanında iki sərnişin təyyarəsi toqquşub
DÜNYA
23:23 02.10.2025
199
ABŞ-da Nyu-Yorkun La Guardiya hava limanında "Delta Air Lines Endeavour Air” şirkətinə məxsus iki sərnişin təyyarəsi toqquşub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Səlahiyyətlilər bildirdilər ki, Virciniya ştatının Roanoke şəhərinə gedən 5155 saylı reysi həyata keçirən təyyarənin qanadı Şimali Karolina ştatının Şarlotta şəhərindən gələn 5047 saylı reysi həyata keçirən təyyarənin burnuna dəyib.

Qəza zamanı təyyarədə ümumilikdə 93 nəfərin olduğunu və qəzanın aşağı sürətlə baş verdiyini bildirilir.

Federal Aviasiya İdarəsi (FAA) toqquşmanın M və A zolaqlarının kəsişməsində baş verdiyini və qəzanın səbəbinin araşdırıldığını bildirib.


OXŞAR XƏBƏRLƏR