ABŞ tarixində ilk dəfə olaraq bir ölkənin vətəndaşlarına verilmiş bütün vizalar ləğv edilib.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
Rubio bildirib ki, Cənubi Sudan vətəndaşlarına verilmiş vizalar ləğv olunub və bu ölkədən olan şəxslərə viza verilməsi prosesi də dayandırılıb.
Qərarın səbəbi Cənubi Sudan keçid hökumətinin ABŞ-dan repatriasiya olunan vətəndaşlarını qəbul etməkdən imtina etməsidir. Dövlət katibi onu da əlavə edib ki, əgər Cənubi Sudan hökuməti tam əməkdaşlığa razılıq versə, viza məhdudiyyətlərinə yenidən baxıla bilər.
///BAKU.WS