ABŞ-da meymun çiçəyi virusunu aşkarlayan türkiyəli həkim yaşadıqlarından danışdı

ABŞ-da meymun çiçəyi virusunu aşkarlayan türkiyəli həkim yaşadıqlarından danışdı
DÜNYA
12:01 31.05.2022
550
ABŞ-da ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar edən türkiyəli həkim Nesli Başgöz yaşadıqlarından danışıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus təsirini itirməyə başlasa da, ABŞ başda olmaqla bir çox ölkədə meymunçiçəyi halları artmaqda davam edir.
 
May ayında ABŞ-da açıqlanan ilk yoluxma hadisəsini aşkar edən həkimin türk alimi Nesli Başgöz olduğu üzə çıxsa da, Dr. Başgöz, xəstəliyin suçiçəyi xəstəliyinə bənzər əlamətləri olduğunu və tez-tez gey və ya biseksual olduğunu bildirən insanlarda görüldüyünü bildirib.

Ümumilikdə, Afrikanın orta və qərbində tropik bölgələrdə müşahidə edilən, lakin son zamanlar ABŞ, Kanada, İngiltərə və İspaniya başda olmaqla onlarla ölkədə təsbit edilən meymunçiçəyi xəstəliyi sürətlə yayılmağa davam edir.

ABŞ-da ilk yoluxma mayın ortalarında aşkar edilib, ölkədə bu diaqnozu qoyan ilk xəstə Massaçusets Xəstəxanasının Klinik Direktoru və Yoluxucu Xəstəliklər Şöbəsinin rəis müavini Dr. Başgöz olub. Dr. Başgöz xəstə ilə mayın 12-də tanış olduğunu, ancaq qarşıdakı adamın sirli olduğunu bildirib. Başgöz kişidə yüksək hərarət, tərləmə, limfa düyünlərinin şişməsi və qaşınma kimi əlamətlərin olduğunu, lakin aparılan analizlərin heç bir nəticə vermədiyini söyləyib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR