Katarakt

ABŞ-da növbəti atışma, ölənlər var

DÜNYA
22:39 18.04.2021
373
ABŞ-ın Viskonsin ştatında yerləşən barların birində baş verən atışmada üç nəfər ölüb, iki nəfər ağır yaralanıb.

Qeyd olunub ki, Kenoşa şəhərindəki "The Somers House” barından qovulan şəxs geri qayıdaraq oradakı insanlara atəş açıb.

Onun hansı səbəbdən bardan çıxarıldığı və ortaqlarının olub-olmadığı hələ məlum deyil.

Hazırda hüquq mühafizə orqanlarının yüzə yaxın əməkdaşı cinayətkarı axtarırlar.
 
///Report

OXŞAR XƏBƏRLƏR