ABŞ-ın Pensilvaniya ştatının Klerton şəhərindəki "U.S. Steel” poladəritmə zavodunda baş verən partlayış nəticəsində ilkin məlumata görə bir neçə nəfər xəsarət alıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "CBS News” kanalı məlumat yayıb.
Bildirilir ki, xilasetmə xidmətlərinə insidentlə bağlı ilk məlumat yerli vaxtla saat 11:00 radələrində daxil olub.
Pensilvaniya qubernatoru Coş Şapiro administrasiyasının şəhər rəhbərliyi ilə əlaqə saxladığını, vəziyyətin nəzarət altında olduğunu deyib.