ABŞ-ın Florida ştatında bir bazarda ağdərili amerikalının irqi səbəblərlə həyata keçirdiyi silahlı hücumda üç qaradərili həyatını itirib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, silahlı şəxs axşam saatlarında Florida ştatının Ceksonvil şəhərində qaradərililər məhəlləsindəki bazara hücum edib.
Hadisədə 2 qaradərili qadın və 1 kişinin həyatını itirdiyi bildirilib.
20 yaşlı təcavüzkarın sosial media hesabında irqçi paylaşımlar etdiyi və hücumdan sonra özünə atəş açaraq intihar etdiyi qeyd edilib.
Şəbnəm