ABŞ-də labaratoriyaya məxsus yük maşınında baş verən qəzadan sonra təhlükəli viruslara yoluxmuş meymunlar qaçıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, yük maşını Tulane Universitetindən elmi tədqiqatlarda istifadə olunan və hepatit C, herpes və COVID-19 koronavirusunun daşıyıcıları olan makaka cinsi meymunları daşıyırdı.
Polis qeyd edib ki, meymunlar təxminən 18 kiloqram çəkidədirlər, insanlara qarşı aqressivdirlər və təmasda olduqda xüsusi qoruyucu vasitələrə ehtiyac duyurlar.
Xəstə və fərari olan heyvanların əksəriyyəti müəyyən olunaraq məhv edilsə də, bir meymun hələ də azadlıqdadır.
Axtarışlar bioloji təhlükəli heyvanların utilizasiyası üzrə ixtisaslaşmış şirkətin köməyi ilə davam edir.
Hakimiyyət orqanları bölgə sakinlərinə heyvana yaxınlaşmamaq və hər hansı bir hadisəni gördüyünüz zaman təcili yardım xidmətlərinə məlumat vermək barədə xəbərdarlıq edib.
Aysel










































