ABŞ-da tələbə şənliyində atışma olub, ölən və yaralananlar var

ABŞ-da tələbə şənliyində atışma olub, ölən və yaralananlar var
DÜNYA
01:18 24.10.2021
319
ABŞ-ın Corciya ştatının Fort Valley şəhərindəki universitetin yaxınlığında tələbə şənliyində atışma baş verib.

AZXEBER.COM bu barədə Fox News kanalına istinadən xəbər verir.

Atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, zərərçəkənlərdən bəziləri xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə heç bir məlumat yoxdur. Əlavə məlumat verilmir.

Polis yerli sakinləri hadisə yerindən yayınmağa çağırıb.
OXŞAR XƏBƏRLƏR