ABŞ da “TikTok”u qadağan etməyə hazırlaşır

ABŞ da “TikTok”u qadağan etməyə hazırlaşır
DÜNYA
17:50 02.03.2023
1552
Amerika Birləşmiş Ştatları (ABŞ) "TikTok” sosial şəbəkəsini ölkənin hər yerində qadağa etməyə hazırlaşır.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, ABŞ-da "TikTok”u qadağan edən qanun layihəsi 16 partiyanın ortaq qərarı ilə Ağ Evə göndərilib.

Prezident Baydenin qərarına əsasən, "TikTok” bütün ABŞ-da qadağan ediləcək.

Belə bir qadağa qərarının Avropa Birliyi tərəfindən də verilə biləcəyi bildirilir.

Qeyd edək ki, ötən ilin dekabr ayından etibarən ABŞ-da, bu yaxınlarda isə Avropa Birliyi və Kanada dövlət qulluqçularına "TikTok”dan istifadə qadağan olunmuşdu. 

Buna səbəb kimi sosial şəbəkənin gənclərin zehni inkişafına mənfi təsiri və şəxsi məlumatların sızdırılması göstərilir.
OXŞAR XƏBƏRLƏR