"Əgər diplomatiya İranı nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına qaytara bilməsə, ABŞ başqa tədbirlər görə bilər və ya başqa variantlara əl ata bilər".
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn Sallivanın fikirlərinə münasibət bildirib:
"ABŞ rəhbərliyinin diplomatiyanı buna nail olmağın ən yaxşı yolu olaraq gördüyünü izah edən Sallivan, bu istiqamətin uğursuz olacağı təqdirdə ABŞ-ın başqa variantlara əl atmağa hazır olduğunu bildirdi”.