ABŞ-dan İranla bağlı vacib AÇIQLAMA: Diplomatiya üçün gərginliyi azaltmalıdır

ABŞ-dan İranla bağlı vacib AÇIQLAMA: Diplomatiya üçün gərginliyi azaltmalıdır
DÜNYA
12:15 16.08.2023
173
ABŞ dövlət katibi Antoni Blinken İranın nüvə proqramını yavaşlatmaq üçün istənilən addımını alqışlayacaqlarını bildirib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Blinken bu barədə Dövlət Departamentində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Bir nəfər jurnalist Blinkenə Wall Street Journal-ın İranın nüvə proqramını ləngitməsi ilə bağlı xəbərinə işarə edərək "Bu doğrudurmu? Sizin məlumatınıza görə, həqiqətən nüvə proqramını ləngitdilər?" - sualını verib.

Blinken isə cavabında "Dediyiniz xəbəri təsdiq edə bilmərəm. Əlbəttə, deyə bilərəm ki, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra həqiqətən artan nüvə təhlükəsini azaltmaq üçün İranın atacağı hər addımı alqışlayacağıq", - deyib.

Hazırda İran və ABŞ arasında heç bir nüvə razılaşmasının olmadığını bildirən Blinken "Biz açıq şəkildə deyirik ki, İranın diplomatiyaya yer açmaq üçün gərginliyi azaltması zəruridir”, - deyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR