ABŞ-dan Meksikaya uçan Southwest Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki havaya qalxdıqdan az sonra yanıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, həmin anlar kameralara düşüb.
Nasazlıq səbəbindən pilot geri qayıtmaq qərarına gəlib. Villiam Hobi hava limanına təhlükəsiz eniş edən təyyarə istismardan çıxarılıb.
Aviaşirkətdən verilən açıqlamada "Fərqli bir təyyarə Kankuna uçuşunu davam etdirdi. Sərnişinlərimizə səbr və dəstəyə görə təşəkkür edirik”, - deyə bildirilib.
Həmin kadrları təqdim edirik:
Mikayıl