ABŞ-daən İsrailə yeni xəbərdarlıq gəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi ABŞ-ın İsrailin Rəfaha qurudan hücumunu əvvəldən dəstəkləmədiyini bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Kirbi gündəlik mətbuat brifinqində ABŞ-ın İsrailin Rəfaha mümkün quru hücumu ilə bağlı mövqeyini qiymətləndirib.
Kirbi, HƏMAS ilə atəşkəsin əldə edilib-edilməməsindən asılı olmayaraq İsrailin Rəfaha qurudan hücuma hazırlaşdığına dair xəbərlərdən xəbərdar olduqlarını, lakin İsrail ordusu adından danışa bilməyəcəyini və bu qərarın İsrailə aid olduğunu bildirərək bunları deyib:
"Prezidentin bu səhər İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə ifadə etdiyi kimi, biz Rəfahda qurudan hücumları dəstəkləmirik. Bu hücumlar orada mülki əhalinin həyatına son qoyacaq. Oradakı əhali böyük risk altındadır".
Gülay