ABŞ-dan QR kodla bağlı XƏBƏRDARLIQ: Hesablarınız oğurlana bilər

MARAQLI
12:56 05.05.2023
168
Epidemiya dövründə həyatımızda artan QR kod tətbiqi əslində təhlükəli ola bilər.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Federal Təhqiqat Bürosu FTB QR kodlu menyuların şəxsi məlumatların surətini çıxarmaq üçün istifadə oluna biləcəyini açıqlayıb.

FTB məlumatlarına görə, son vaxtlar QR kodlarından istifadə edərək aldadılan insanların sayında böyük artım müşahidə olunur.

Müvafiq olaraq, hazırladıqları QR kodları real QR kodlarına yapışdıran fırıldaqçılar insanların smartfonlarına daxil olaraq onların şəxsi məlumatlarını oğurlaya bilirlər.

Saxta QR kodları cihazda təhlükəli proqram təminatı quraşdırarkən bir çox şəxsi məlumatlara, o cümlədən kredit kartı məlumatlarına girişi asanlaşdırır.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR