ABŞ Rusiya Mərkəzi Bankı ilə əməliyyatlar aparmağı qadağan edib.
AZXEBER.COM xəbər verir ki, Birləşmiş Ştatlar ABŞ şirkətlərinə və vətəndaşlarına Rusiya Mərkəzi Bankı ilə əməliyyatlar aparmağı qadağan edir.
Bayden administrasiyası açıqlamasında "Uzun müddətdir ki, planlaşdırırıq. İndi hazırıq" – deyə bildirib.
Xəzinədarlıq Nazirliyindən verilən açıqlamada Rusiya Mərkəzi Bankının ABŞ-da olan aktivlərinin və onun vətəndaşlarının Xəzinədarlıq Müşavirliyinin Xarici Aktivlərə Nəzarət Bölməsi tərəfindən dondurulacağı bildirilib.
ABŞ rəsmiləri həftə sonu Aİ və müxtəlif qurumlardan aldıqları məlumata görə, Rusiya Mərkəzi Bankının aktivlərini Rusiyaya qaytarmağa çalışdığını açıqlayıb.
"Bizim bütün məqsədimiz Putin Ukraynaya hücum etdiyi müddətdə Rusiya iqtisadiyyatını çökdürməkdir” – deyə ABŞ rəsmisi bildirib.
Ayşən