ABŞ-dan şok Azərbaycan qərarı: Rəsmi şəxslərin ABŞ-a rahat sәfәr etmәsi qәbuledilmәzdir

ABŞ-dan şok Azərbaycan qərarı: Rəsmi şəxslərin ABŞ-a rahat sәfәr etmәsi qәbuledilmәzdir
SİYASƏT
12:32 17.12.2015
1556
ABŞ-ın Helsinki Komissiyasının (Avropa Tәhlükәsizlik vә Әmәkdaşlıq Komissiyası - The Commission on Security and Cooperation in Europe (CSCE)) rәhbәri, konqresmen Kristofer Smit "Azәrbaycan Demokratiya Aktı 2015" adlı layihә hazırlayıb.Qurumun saytında verilən mәlumata görә, layihәdә insan haqlarının durumu ilә bağlı Azәrbaycandakı bəzi rəsmi şәxslәrә ABŞ vizasının verilmәsinin dayandırılması ilə bağlı təklif də var.“Biz bunu qәbul edirik ki, ölkәlәrimiz arasında vacib milli tәhlükәsizlik vә iqtisadi әlaqәlәri mövcuddur. Lakin ABŞ daha çox Azәrbaycanda insan haqlarının pozulmasına göz yuma bilmәz. ABŞ insan haqlarını vә fundamental azadlıqları ciddiyə alır vә siyasi müxalifәtin, medianın, dini azlıqların təzyiq olunduğu ölkә ilә rastlaşdıqda kompromisә getmir"-deyә, konqresmen K. Smit bildirib.Kristofer Smit - CSCE rəhbəriKonqresmen layihədə qeyd edib ki, Azәrbaycanda bəzi tanınmış şəxslər, o cümlədən “jurnalist, müxalifət funksionerləri və hüquq müdafiəçiləri həbsdə olduğu üçün ölkənin rəsmi şəxslərinin ABŞ-a rahat sәfәr etmәsi qәbuledilmәzdi".K. Smit bu layihəsini Helsinki Komissiyasına təqdim edib.
OXŞAR XƏBƏRLƏR