Kahramanmaraşda baş verən iki böyük zəlzələ ilə əlaqədar ABŞ Müdafiə Nazirliyi axtarış-xilasetmə və humanitar yardım səylərinə dəstək olmaq üçün USS George HW Bush təyyarə gəmisinin Türkiyəyə göndərildiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra bir çox ölkə Türkiyəyə yardım edib.
Pentaqonun sözçüsü Patrik Rayder zəlzələlərdə həyatını itirənlərə başsağlığı verib, Ostinin Milli Müdafiə naziri Hulusi Akarla telefonla danışdığını və Türkiyənin ehtiyaclarına uyğun dəstəyi davam etdirəcəklərinə söz verdiyini bildirib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) göndərdiyi axtarış-xilasetmə qrupunu Pentaqonun da C-17 təyyarəsi ilə Türkiyəyə daşıdığını bildirən Rayder, "ABŞ-ın Avropa Qüvvələr Komandanlığı (EUCOM) USAID-ə dəstək üçün bir qrup göndərdi. Yenə də başsağlığı verir və yaralıların sağalması üçün müttəfiqimizin yanındayıq”, deyə - bildirib.
Ayşən