ABŞ-də bir nəfər inəklərdən quş qripinə yoluxdu

ABŞ-də bir nəfər inəklərdən quş qripinə yoluxdu
DÜNYA
12:11 02.04.2024
110
ABŞ-nin Texas ştatında 1 nəfərdə quş qripi aşkarlanıb.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Texas ştatının Səhiyyə Xidmətləri Departamenti dünən ştatda bir nəfərdə quş qripinin aşkar edildiyini açıqlayıb.
 
Səlahiyyətlilər xəstəliyin son vaxtlar inəklərdə aşkar edilən xəstəliklərdən keçdiyini açıqlayıb.
 
Əvvəllər virusun inəkdən insanlara keçmə riskinin az olduğu bildirilsə də, xəstənin quş qripinə yoluxduğu güman edilən inəklərlə təmasda olduqdan sonra halı pisləşib. Xəstənin əsas simptomu koyuktivitdir.
 
Bu, ABŞ-da bir şəxsdə aşkar edilən ikinci quş qripi hadisəsidir və Texas Heyvan Sağlamlığı Komissiyası tərəfindən elan edildiyi kimi, son vaxtlar süd inəklərində quş qripinin aşkarlanması ilə əlaqəli olduğu güman edilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR