ABŞ-də ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər

ABŞ-də ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər
DÜNYA
00:01 13.10.2024
535
ABŞ-nin Kaliforniya ştatında iki erməni - bir kişi və qadın, xəstəxana xidmətləri və diaqnostik testlər üçün saxta sənədlərlə 54 milyon dollardan çox "Medicare” tibbi proqram fırıldaqçılığında, milyonlarla dollarlıq qızıl sikkələr və külçələr alaraq qanunsuz vəsaitlərin yuyulmasında təqsirləndirilir.

"Report” xəbər verir ki, bu barədə "USA Today” federal hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında deyilir ki, Los-Ancelesdən olan 36 yaşlı Sofiya Şaklyan və 47 yaşlı Aleks Aleksanyan çərşənbə günü 24 nəfərlik federal ittiham əsasında həbs ediliblər.

Federal prokurorlar bildiriblər ki, Şaklyan 16 tibbi fırıldaqçılıq əməli və dörd çirkli pulların yuyulması cinayətində, Aleksanyan isə çirkli pulların yuyulması üçün əlbirlikdə, habelə çirkli pulların yuyulması ilə bağlı 3 cinayətdə ittiham olunur.

ABŞ Prokurorluğunun məlumatına görə, 2019-cu ilin martından 2024-cü ilin avqustuna qədər Şaklyan Los-Anceles dairəsində "Medicare” proqramında qeydiyyatdan keçmiş yeddi tibb işçisinə saxta sənədlər verib.

Məlumata görə, Şaklyana məxsus şirkət "Chateau d'Lumina Hospis and Palliativ Care” və bir sıra diaqnostik test şirkətləri, o cümlədən "Saint Gorge Radiology and Diaqnostics”, "Medicare”yə heç vaxt göstərilməyən və lazım olmayan xidmətlər üçün 54 milyon dollar saxta sənəd təqdim edib.

Federal prokurorlar qeyd ediblər ki, Şaklyan və Aleksanyan bu cinayətlərdən ümumilikdə 23 milyon dollardan çox pul qazanıblar. ABŞ Prokurorluğundan verilən məlumata görə, Şaklyan həm də öz şirkətinə ödənilən "Medicare” vəsaitlərini saxta "Varsenik Babayan” adı altında hesablara köçürməklə yuyulmaqda ittiham olunur.

Aleksanyan eyni zamanda bir əcnəbi vətəndaşa Kaliforniyanın Silmar şəhərində "Saint Gorge” Diaqnostika və Radiologiya Mərkəzi açmağı və "Console Hospice” tibb şirkətini almağı tapşırıb. Federal prokurorların bildirdiyinə görə, bundan sonra Aleksanyan şirkətlərə, onların bank hesablarına və xarici vətəndaşların şəxsi bank hesablarına nəzarəti ələ keçirib.

Aleksanyan həmçinin digər cinayətlərdə də ittiham olunur.

ABŞ Prokurorluğu qeyd edib ki, şübhəli şəxslər "Medicare” ödənişlərini və hesablarına "Babayan” adı ilə yatırılan vəsaitləri yumaq üçün 6 milyon dollardan çox qızıl külçə və sikkələr alıblar. Cinayət sübuta yetirilərsə, Şaklyanı səhiyyə sahəsində fırıldaqçılıqda hər bir fakta görə 10 ilədək, çirkli pulların yuyulmasına görə isə 20 ilə qədər həbs cəzası gözləyir. Aleksanyan ittihamlar üzrə təqsirli bilinsə, hər bir maddə üzrə 20 ilə qədər həbs oluna bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb