ABŞ-də Fələstinə dəstək nümayiş etdirən universitet tələbələri həbs edildi

ABŞ-də Fələstinə dəstək nümayiş etdirən universitet tələbələri həbs edildi
DÜNYA
14:20 29.04.2024
152
ABŞ-də Fələstinə dəstək nümayiş etdirən universitet tələbələrinin cəzalandırılması böyük reaksiyalara səbəb olub.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, nümayişlərə qatılan tələbələr ABŞ-nin İsrailə maliyyə dəstəyini kəsməsi çağırışlarını təkrarlasa da, ABŞ-dən bütün dünya universitetlərinə yayılan nümayişlərdə saxlanılanların sayının 900-ü keçdiyi bildirilib.

ABŞ-də kampus nümayişlərinin ilk başladığı Nyu-Yorkda Kolumbiya Universitetində tələbələrlə rəhbərlik arasında şənbə günü danışıqlara başlanıldığı açıqlanıb.

Universitet rəhbərliyi nümayişlərlə yanaşı dərslərdəki aksamaların da aradan qaldırılmasını tələb edərkən, tələbələr dünən məzuniyyət mərasimi hazırlıqlarının görüldüyü kitabxana binasının qarşısında əlvan çadırlarını daşıyıblar.
 
Los-Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) prorektoru Meri Osako dünən İsrail tərəfdarları ilə Fələstin tərəfdarlarının bir-birləri ilə qarşı-qarşıya gəldiyini, saxlanılan və yaralananların olmadığını bildirib.

İsrail-Amerika Şurasının təşkil etdiyi əks nümayişdə çıxış edən Elan Karr zorakılıq istəmədiklərini bildirib.

Cənubi Kaliforniya Universitetində (USC) Fələstini dəstəkləyən tələbələr günlər sonra kampusa qayıdıblar.

Bazar günü nümayiş dinc şəkildə başa çatsa da, universitet rəhbərliyi universitet şəhərciyinin "narahatlıq səbəbindən" kampusda yaşayanlar istisna olmaqla, hamı üçün müvəqqəti olaraq bağlandığını açıqladı.

USC-dən verilən açıqlamada, kampusun yenidən açıldığı və tələbələrin, işçilərin və qeydiyyatdan keçmiş qonaqların iki qapıdan daxil olacağı bildirilib.
 
Kaliforniya Politexnik Dövlət Universitetində Fələstini dəstəkləyən tələbələr şənbə günü iki məktəb salonunu bağlayıblar.

Hadisədən sonra universitet rəhbərliyi "məcburi bağlanma" qərarı verdiyini açıqlayıb və tələbələrin məktəbə milyonlarla dollar ziyan vurduğunu iddia edib.

Universitet rəhbərliyi buraxılış mərasimlərinin də təxirə salındığını açıqlayıb.

Missuri ştatının St. Sent-Luisdəki Vaşinqton Universitetində şənbə günü nümayişlər zamanı rəhbərlik bəzi kampus binalarını bağladı və həbslər oldu.

ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində Yaşıllar Partiyasından namizəd olan Cill Stein universitetdə Fələstinə dəstək nümayişində saxlanılıb.

Sosial mediada paylaşılan görüntülərdə zirehli polisin velosipedlə Steynə doğru getdiyi və prezidentliyə namizədin qarşısını almağa çalışdığı görülüb.

Polisin sərt şəkildə müdaxilə etdiyi, nümayişçiləri yerə yıxaraq əllərini arxadan qandalladığı da qeydə alınıb.

Vaşinqton Universitetindən verilən açıqlamada hadisəli nümayiş zamanı 23-ü universitet tələbəsi və 4-ü işçi olmaqla 100 nəfərin nəzarətə alındığı, nümayişçilərin "yaxşı niyyətli” olmadığı iddia edilib.
 
Şənbə günü Şimal-Qərb Universitetinin Boston şəhərciyində çevik qüvvət polisi nümayişçilərin düşərgə ərazisindəki çadırlarını toplayıb.

Massaçusets polisinin verdiyi açıqlamada 102 nəfərin yaraşmayan davranış səbəbiylə nəzarətə alındığı bildirilib.

Bu arada Bloomington və Arizona universitetlərində də həbslər edilib.

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi bir televiziya kanalında deyib ki, insanların öz fikirlərini ifadə etmək hüququ var, lakin bu, dinc olmalıdır.
 
Kolumbiya Universitetinin tələbələrinin Qəzzada soyqırımı dəstəkləyən şirkətlərə edilən maliyyə sərmayələrinə etiraz etmək üçün şəhərcik bağçasında başlatdıqları oturaq aksiya bütün dünyada tələbələr üçün ilham olub.

ABŞ-dən Avstraliyaya, Fransadan Misirə qədər bir çox ölkədə minlərlə tələbə Fələstinlə həmrəylik nümayişi keçirərək universitetlərində nümayişlərə başlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb