ABŞ-də fırtına baş verdi, ölənlər var

ABŞ-də fırtına baş verdi, ölənlər var
DÜNYA
16:38 05.03.2025
342
ABŞ-nin cənubuna təsir edən güclü qasırğa nəticəsində Missisipi ştatında 2 nəfər ölüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin cənubunda güclü qasırğa baş verib.
 
Missisipi qubernatoru Tate Reeves sosial media hesabında etdiyi paylaşımda əyalətdəki əlverişsiz hava şəraiti səbəbindən 2 nəfərin həyatını itirdiyini bildirib.
 
Türkiyə mediası bir nəfərin elektrik naqilinin aşması, digərinin isə ağacın avtomobilinin üzərinə aşması nəticəsində öldüyünü bildirib. Oklahoma ştatında 5, Luiziana ştatının Kaddo Parishində 2 və Texas ştatının İrvinq şəhərində 1 tornado baş verib.
 
Fəlakət nəticəsində avtomobillər aşıb, binaların damları uçub.
 
Oksana
OXŞAR XƏBƏRLƏR