ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürülüb - VİDEO

ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürülüb - VİDEO
DÜNYA
08:48 22.05.2025
486
ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.

Bu barədə ABŞ-nin Daxili təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb.

"Bu gecə Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb”, - deyə Noem qeyd edib. 

İsrail səfirliyinin sözçüsü isə bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib.

O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:
/Qafqazinfo
OXŞAR XƏBƏRLƏR