ABŞ-də kilsədə baş verən atışmada bir nəfər ölüb, 9 nəfər yaralanıb

ABŞ-də kilsədə baş verən atışmada bir nəfər ölüb, 9 nəfər yaralanıb
DÜNYA
23:06 28.09.2025
259
ABŞ-nin Miçiqan ştatının Qrand-Blenk şəhərində yerləşən kilsədə atışma nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Bildirilib ki, atəş açan 40 yaşlı kişi zərərsizləşdirilib, 10 nəfər isə yaralanıb. Yaralananlardan biri isə xəstəxanada ölüb.

Məlumata görə, şübhəli şəxs avtomatla kilsəyə toplaşanlara atəş açıb, daha sonra isə binanı yandırıb.

Araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR