ABŞ-də kişi yoldan keçənlərə atəş açıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

ABŞ-də kişi yoldan keçənlərə atəş açıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
DÜNYA
19:12 09.07.2023
189
ABŞ-ın Nyu-York şəhərində atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, silahlı şəxs nömrələri olmayan skuterlə hərəkət edib. O, Kuins və Bruklində beş fərqli yerdə atəş açıb.

Atışma nəticəsində 87 yaşlı kişi ölüb. 21 və 63 yaşlı zərərçəkənlərin çiynindən, 44 yaşlı digər şəxs isə yanağından yaralanıb.
Atəş açan şəxs saxlanılıb. Polis onun 25 yaşında olduğunu və silah gəzdirdiyini bildirib. Hücumların motivi məlum deyil. Ehtimal edilir ki, onun konkret hədəfi olmayıb.
OXŞAR XƏBƏRLƏR