ABŞ polisindən irqi ayrı-seçkilik: Evsiz vətəndaşları qanunsuz həbs ediblər

ABŞ polisindən irqi ayrı-seçkilik: Evsiz vətəndaşları qanunsuz həbs ediblər
DÜNYA
13:46 14.06.2024
105
ABŞ-də polis qaradərili və yerli əhaliyə qarşı ayrı-seçkilik edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Arizona ştatının Feniks Polis Departamentinin qaradərili və yerli əhaliyə qarşı ayrı-seçkilik etdiyini bildirib.
 
Bununla yanaşı, əhaliyə qeyri-mütənasib güc tətbiq etdiyini aşkar edərək, ölkə konstitusiyasını və federal qanunları pozduğunu bildirib.

Ədliyyə Nazirliyindən verilən açıqlamada, ayrı-seçkilik şikayətləri ilə bağlı başladılan 3 illik araşdırmadan sonra Feniks polisinin ABŞ Konstitusiyasına və federal qanunlara zidd hərəkət etdiyi müəyyən edildiyi qeyd edilib.

Bəyanatda polis idarəsinin əməkdaşlarının qanunların icrası zamanı qaradərili, ispan və yerli amerikalı insanlara qarşı ayrı-seçkilik etdiyi və bu əməkdaşların evsiz vətəndaşları da qanunsuz olaraq həbs etdiyi bildirilib.

Həmçinin bildirildi ki, Feniksdə vətəndaş hüquqlarının və təhlükəsizliyin qorunması üçün mənalı islahatların aparılması üzərində iş aparılır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR