ABŞ-də qızılca xəstəliyi sürətlə yayılır: 48 nəfər yoluxdu

SAĞLAMLIQ
12:07 18.02.2025
137
Qızılca epidemiyası ABŞ-də tüğyan edir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, səhiyyə rəsmiləri Texasda epidemiyanın sürətlə yayıldığını və yaxın ştatlarda da yoluxma hallarının təsdiqləndiyini bildiriblər.
 
Dövlət Səhiyyə Xidmətləri Departamentinin (DSHS) məlumatına görə, Texasın qərbində qızılca xəstəliyinə yoluxma halları 48-ə yüksəlib.
 
Bütün hallar peyvənd olunmamış və ya peyvənd statusu məlum olmayan şəxslərdə baş versə də, indiyədək 13 nəfər qızılca diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
  
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bu il indiyədək beş ştatda 14 nəfərin virusa yoluxduğunu təsdiqləyib.
 
Yoluxucu xəstəliklər sahəsində çalışan ictimai səhiyyə mütəxəssisləri bu xəstəliyin epidemiyaya səbəb ola biləcəyini deyiblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR