ABŞ-də qocalar evində yanğın -9 nəfər öldü

ABŞ-də qocalar evində yanğın -9 nəfər öldü
DÜNYA
16:28 14.07.2025
217
ABŞ-nin Massaçusets ştatında qocalar evində baş verən yanğın nəticəsində 9 nəfərin öldüyü bildirilir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Massaçusets Yanğın Departamenti yanğının yerli vaxtla saat 22:00 radələrində ştatın Fall River bölgəsindəki qocalar evində baş verdiyini açıqlayıb.

Açıqlamada əlavə olunub ki, təxminən 70 nəfərin yaşadığı obyektdə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, lakin 9 nəfər ölüb.

Obyektin bəzi sakinləri xilas edilərək xəstəxanaya çatdırılıb, beş yanğınsöndürən isə yüngül xəsarətlər alıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR