ABŞ-də sel nəticəsində 110 milyon illik dinozavr qalıqları üzə çıxdı

ABŞ-də sel nəticəsində 110 milyon illik dinozavr qalıqları üzə çıxdı
DÜNYA
12:41 11.08.2025
220
ABŞ-nin Texas ştatında baş verən güclü sel, 110 milyon illik dinozavr izlərinin üzə çıxmasına səbəb olub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, keçən ay qeydə alınan təbii fəlakətdən sonra bölgədə araşdırma aparan könüllülər, əvvəllər torpaq altında qalmış dinozavr ayaq izlərini aşkar ediblər.

Mütəxəssislərin sözlərinə görə, izlər 110-115 milyon il əvvələ aiddir. Texas Universitetinin (Austin) paleontoloqları bildiriblər ki, bəzi izlər daha əvvəl müəyyən edilib, lakin bir qismi ilk dəfə sel sularının yuyub aparması nəticəsində üzə çıxıb.

Araşdırmalara görə, izlərin bir hissəsi ikiayaqlı, ətyeyən "Acrocanthosaurus” tipli dinozavra, digər hissəsi isə Texasın simvollarından biri olan iri ot yeyən "Paluxysaurus” tipli dinozavra aid ola bilər.
 
Oksana
OXŞAR XƏBƏRLƏR