ABŞ-də silahlı hücum - Ölənlər var

ABŞ-də silahlı hücum - Ölənlər var
DÜNYA
10:14 16.11.2025
66
ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərində silahlı insident baş verib.

AZXEBER.COM xəbər verir ki, hücum nəticəsində biri uşaq olmaqla ən az dörd nəfər öldürülüb.

Hadisənin motivi hələlik məlum deyil. Silahlı hücumu törədən şəxs və ya şəxslərin qaçdığı, onların axtarışının davam etdiyi bildirilib. Nyu-Cersi qubernatoru Fil Marfi hadisə ilə bağlı açıqlama verərək qurbanların ailələrinə başsağlığı diləyib.

Hücumdan sonra şəhərin bir çox avtobus marşrutları da dəyişdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR