ABŞ-nin Arizona ştatının sakini ağciyər taunundan ölüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Kokonino dairəsinin Səhiyyə Xidməti məlumat yayıb.
"Kokonino dairəsinin səhiyyə rəsmiləri laboratoriya analizlərinin nəticələrini alaraq təsdiqləyiblər ki, dairə sakini "Yersinia pestis" (taun çöpü) bakteriyası səbəbi ilə yaranan ağciyər taunundan vəfat edib. Bu, tənəffüs yollarında ağır infeksiyaya səbəb olan ölümcül xəstəlikdir", - deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, bu, 2007-ci ildən bəri bu xəstəlikdən qeydə alınan ilk ölüm hadisəsidir. Vəfat edən şəxsin kimliyi açıqlanmır.
Ağciyər taunu bu xəstəliyin ən ağır və ən az rast gəlinən formasıdır. Xəstəlik əsasən tənəffüs sistemini zədələyir və yüksək yoluxuculuğa malikdir.
\Oxu.Az