ABŞ-də təyyarə yaşayış binasına çırpılıb, iki nəfər ölüb

ABŞ-də təyyarə yaşayış binasına çırpılıb, iki nəfər ölüb
DÜNYA
18:05 04.10.2023
149
ABŞ-nin Oreqon ştatında təyyarənin yaşayış binasının damına çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə yerli xilasetmə xidməti sosial şəbəkələrdəki səhifəsində məlumat yayıb.

Təyyarədə olan iki nəfər ölüb, bir nəfər isə xilasedicilər tərəfindən xəstəxanaya yerləşdirilib. Qeyd edilib ki, qəza zamanı binada olan sakinlər xəsarət almayıb.
OXŞAR XƏBƏRLƏR