ABŞ-nin Oreqon ştatında təyyarənin yaşayış binasının damına çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Bu barədə yerli xilasetmə xidməti sosial şəbəkələrdəki səhifəsində məlumat yayıb.
Təyyarədə olan iki nəfər ölüb, bir nəfər isə xilasedicilər tərəfindən xəstəxanaya yerləşdirilib. Qeyd edilib ki, qəza zamanı binada olan sakinlər xəsarət almayıb.