ABŞ-də yağışlar daşqına yol açıb, 4 nəfər ölüb

ABŞ-də yağışlar daşqına yol açıb, 4 nəfər ölüb
DÜNYA
13:16 28.09.2025
228
ABŞ-ın Arizona ştatında güclü yağışların səbəb olduğu sel və daşqın nəticəsində azı 4 nəfər ölüb.

3 nəfər Qlob şəhərində güclü yağışlar nəticəsində yaranan selin qurbanı olub.

Daha 1 nəfərin cəsədi Finiksin ətrafında suya düşən avtomobilin yaxınlığında aşkarlanıb.

Daşqın zamanı yüzlərlə propan balonunun su altında qalması təhlükəli vəziyyət yaradıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR