ABŞ-də yol qəzasında 9-u azyaşlı olmaqla 11 nəfər yaralanıb

ABŞ-də yol qəzasında 9-u azyaşlı olmaqla 11 nəfər yaralanıb
DÜNYA
12:37 19.10.2025
105
ABŞ-nin Merilend ştatında baş verən yol qəzasında 11 nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "ABC News" məlumat yayıb.

Belə ki, Bladensburq yaşayış massivində avtomobilin çadıra çırpılması nəticəsində 9-u azyaşlı olmaqla 11 nəfər xəstəxanalıq olub. Qəza nəticəsində iki qadın da yaralanıb.

Qeyd olunub ki, yeni doğulmuş körpənin və bir azyaşlı qızın vəziyyəti ağırdır. Digərləri ciddi xəsarətlər alsalar da, həyatları üçün təhlükə yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır.
 
\"Report"
OXŞAR XƏBƏRLƏR