ABŞ demokratiyanın möhkəmləndirilməsi məsələsində Azərbaycanla işin davam etdirilməsinə sadiqdir
Trend-in ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu qurumun rəsmi nümayəndəsi Mark Toner deyib.
O qeyd edib ki, Azərbaycandakı referendum təhükəsizlik sahəsində hər hansı insident olmadan keçdi: "Biz əvvəlki kimi, azərbaycanlılara daha güclü demokratiya qurmağa, ölkə daxilində dialoqun təşkili və siyasi şəffaflığa yardım etməyə sadiqik".
M.Toner əlavə edib ki, ABŞ diqqətini demokratik proseslərin yaxşılaşdırılması üçün Azərbaycan xalqı və hökuməti ilə işləməyə cəmləyib.